“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 14 iyul tarixli 249-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 80 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 5, maddə 361 (Cild I); 2024, № 9, maddə 1100; 2025, № 12 (II kitab), maddə 1231; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 19 mart tarixli 87 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adında, preambulada və 1-ci hissədə “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin;
1.2. həmin Qərarla təsdiq edilmiş “İcra məmurlarının fəaliyyətinə nəzarət Qaydası” üzrə:
1.2.1. adında və I bölmənin 1-ci hissəsində “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin;
1.2.2. I bölmənin 1-ci hissəsində “icra məmurlarının” sözləri “dövlət icra məmurlarının (bundan sonra – icra məmurları)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111, № 3, maddə 359, № 5 (II kitab), maddələr 597, 606, № 9, maddə 1067; 2025, № 2, maddə 193, № 7, maddə 698; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 17 mart tarixli 83 nömrəli və 19 mart tarixli 87 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci abzasa “aparır və” sözlərindən sonra “xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla” sözləri əlavə edilsin;
2.2. beşinci-on dördüncü abzaslar altıncı-on beşinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda beşinci abzas əlavə edilsin:
“Tələbkar icra qeydinin aparılması ilə eyni vaxtda icra qeydinin xüsusi icra məmurunun icraatına yönəldilməsi məqsədilə tələbkara təqdim edilməsi ilə bağlı müraciət edə bilər.”.
3. “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 2155 (Cild I); 2024, № 1, maddə 84, № 2, maddələr 209, 229, № 3, maddələr 307, 359, № 6 (II kitab), maddə 739, № 7, maddələr 920, 930, № 9, maddələr 1067, 1099, 1106, № 10, maddə 1167, № 12 (II kitab), maddə 1428; 2025, № 2, maddə 187, № 6, maddə 594, № 7, maddələr 706, 714, 716, № 8, maddə 800, № 9, maddələr 857, 863, 870, 879, № 10, maddə 972, № 11, maddə 1084, № 12 (II kitab), maddələr 1207, 1233, 1257; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 3 mart tarixli 62 nömrəli Qərarı) aşağıdakı dəyişikliklər edilsin:
3.1. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatı” üzrə:
3.1.1. 1.1.1.1.2.6-cı yarımmaddəyə “haqlarından” sözündən sonra “və xüsusi icra məmurunun fəaliyyətinə görə onlara ödənilən standart və əlavə icra haqlarından” sözləri əlavə edilsin;
3.1.2. 1.2.1.3.2.0-cı yarımmaddəyə “notariuslar” sözündən sonra “və xüsusi icra məmurları” sözləri əlavə edilsin;
3.1.3. 1.2.4.3.0.0-cı yarımmaddəyə “notariuslar,” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin;
3.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına əlavə” üzrə:
3.2.1. 1.2.1.6-cı abzasa (hər iki halda)) “notariuslar” sözündən sonra “və xüsusi icra məmurları” sözləri əlavə edilsin;
3.2.2. 1.2.4.3-cü abzasa “notariuslar,” sözündən sonra “xüsusi icra məmurları,” sözləri əlavə edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 191 (Cild I); 2024, № 3, maddə 359, № 7, maddə 930) ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.4.5-ci yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.4.6-cı yarımbənd əlavə edilsin:
“1.4.6. xüsusi icra məmurları tərəfindən “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəmələrin və digər orqanların sənədlərinin icrasının həyata keçirilməsi ilə əlaqədar olan xidmətlərin göstərilməsi.”.
5. “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 17 noyabr tarixli 354 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1277 (Cild I); 2024, № 3, maddə 294; 2026, № 1, maddə 84) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adında və 1-ci hissədə “icra” sözü “dövlət icra” sözləri ilə əvəz edilsin;
5.2. həmin Qərarla təsdiq edilmiş “Azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş, habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərin ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilməsi Qaydası” üzrə:
5.2.1. adında “icra” sözü “dövlət icra” sözləri ilə əvəz edilsin;
5.2.2. 1.1-ci bənddə “İcra” sözü “Dövlət icra” sözləri ilə, “icra məmuru” sözləri “dövlət icra məmuru (bundan sonra – icra məmuru)” sözləri ilə əvəz edilsin;
5.3. həmin Qaydanın 1 və 3 nömrəli əlavələrinin adlarında və mətnlərində “icra” sözü “dövlət icra” sözləri ilə əvəz edilsin;
5.4. həmin Qaydanın 2 nömrəli əlavəsinin adında “icra” sözü “dövlət icra” sözləri ilə, mətnində “İcra” sözü “Dövlət icra” sözləri ilə əvəz edilsin;
5.5. həmin Qaydanın 4 və 5 nömrəli əlavələrinin adlarında və mətnlərində (ikinci və üçüncü hallarda) “icra” sözü “dövlət icra” sözləri ilə əvəz edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 29 ” “ aprel ” 2026-cı il
№ 123

