Xalqımız  qəhrəmanları ilə fəxr edir

post-img

Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun doğum günüdür

Hər bir xalqın tarixində öz həyatını Vətən, xalq və müqəddəs dəyərlər uğrunda fəda edən qəhrəmanlar vardır. Onlar göstərdikləri igidlik, cəsarət və fədakarlıqla insanların yaddaşında əbədi yaşayırlar. Qəhrəmanlıq yalnız döyüş meydanında göstərilən şücaət deyil, həm də xalqına sədaqət, vətənpərvərlik və məsuliyyət nümunəsidir. Azərbaycan xalqı da öz qəhrəmanları ilə fəxr edir. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyi uğrunda canından keçən şəhidlərimiz və qazilərimiz hər zaman böyük ehtiramla anılır. Onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir və gənclərdə Vətənə sevgi hissini gücləndirir. Qəhrəmanların xatirəsini yaşatmaq hər bir vətəndaşın mənəvi borcudur. Onların adları tarix kitablarında, abidələrdə və insanların qəlbində yaşayır. Çünki qəhrəmanlar yalnız öz dövrlərinin deyil, bütün zamanların qəhrəmanlarıdır. Buna görə də deyirik: Qəhrəmanlar unudulmur, onlar xalqın yaddaşında əbədi yaşayırlar.

Hər bir xalq öz qəhrəmanları ilə tanınır və onlarla qürur duyur. Xalqın qəhrəman oğlu dedikdə, Vətənin azadlığı, xalqın rifahı və gələcəyi naminə fədakarlıq göstərən, lazım gəldikdə canını belə əsirgəməyən insanlar nəzərdə tutulur. Belə oğullar öz cəsarəti, mərdliyi və vətənpərvərliyi ilə xalqın sevgisini qazanırlar. Qəhrəman oğullar çətin anlarda xalqının yanında olur, onun mənafeyini hər şeydən üstün tuturlar. Onların göstərdiyi şücaət gələcək nəsillər üçün örnəkdir. Bu qəhrəmanlar sayəsində xalqın tarixi daha şərəfli, gələcəyi isə daha ümidli olur. Azərbaycan xalqının da tarix boyu yetişdirdiyi çoxlu qəhrəman oğulları vardır. Onlar Vətənin müdafiəsi uğrunda mübarizə aparmış, xalqın azadlığı və təhlükəsizliyi naminə böyük fədakarlıqlar göstərmişlər. Bu qəhrəmanların adları daim hörmətlə anılır və xalqın yaddaşında yaşayır. Xalqın qəhrəman oğlu olmaq böyük şərəfdir. Belə insanlar öz əməlləri ilə tarix yazır, xalqın qəlbində əbədi yer tuturlar. Buna görə də qəhrəman oğullar heç vaxt unudulmur, onların xatirəsi nəsildən-nəslə ötürülür.

Səfiyar Behbudov 1967-ci il iyunun 14-də Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. 1984-cü ildə 6 saylı Bərdə şəhər orta məktəbini bitirdikdən sonra Sovet ordusu sıralarına hərbi xidmətə çağırılmışdır. Ordudan tərxis olunduqdan sonra zabitlik kursunu kiçik leytenant rütbəsi ilə bitirən Səfiyar, 1988-ci il Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. O, Bərdədə "Soy" Demokratik Gənclər Təşkilatını yaradaraq gəncləri öz ətrafında toplamış və Bərdənin bütün kəndlərində öz nümayəndəliklərini yaratmışdır. Xocalı soyqırımından bir həftə sonra o, tərəddüd etmədən Bərdə özünümüdafiə batalyonuna daxil olmuşdur. Bölmə komandiri təyin edilən Səfiyar Tərtər, Ağdərə, Şuşa, Murov, Ağdam bölgəsində bir neçə uğurlu əməliyyat keçirdikdən sonra, onun bölməsini Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa göndərmişdilər. 

Hərbi xidməti Macarıstanda uğurla başa vurmuşdur. Ordudan tərxis olunduqdan sonra, Xankəndində zabitlik kursunu, kiçik Leytenant rütbəsi ilə bitirir. Səfiyar Behbudov 1988-ci Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından olmuşdur. 1992-ci il mart ayının 11-ində qəflətən həyəcan siqnalı verilir. 

Erməni faşistləri Əsgəran yaxınlığındakı postumuza hücum edərək oranı mühasirəyə alırlar. Öz PDM-i ilə birlikdə 3 PDM olmaqla, hücuma keçirlərdöyüşə atılan Səfiyar tapşırığı uğurla yerinə yetirərək düşmənin müqavimətini qırır və mühasirədə olan döyüşçülərimizi xilas etdikdən sonra Əsgərana doğru irəliləyir. O, Qaraqaya deyilən yerdə düşmənin böyük qüvvəsilə qarşılaşsa da, geri çəkilmir, daha da irəliləyərək, düşmənin çoxlu texnikasını və döyüş texnikasını məhv edir. Lakin bir müddət irəlilədikdən sonra cəsur döyüşçünün PDM-i vurulur. Ermənilər onu ağır yaralı və huşsuz vəziyyətdə əsir götürürlər. 10 günlük əsir həyatında olmazın işgəncələrə məruz qalan mərd döyüşçümüz düşmənə heç bir sirr vermədiyi üçün ayaqlarına məftil bağlayaraq, tarıma çəkirlər. Hətta onu işgəncə edərkən, səsötürücü vasitəsilə onun səsini bizim əsgərlərimizə eşitdirirlərmiş. Sonra ona erməni bayrağını öpdürmək istərkən, düşmən bayrağına tüpürdüyünə görə üzərinə neft töküb yandırırlar. 

Gənc zabitin yanmış cəsədini 1992-ci il martın 21-də çətinliklə Ağdam Rayon Milis şöbəsinin köməkliyilə almaq olur.

Bərdə rayonunun Mollalı kəndində dəfn edilmişdir. Təhsil aldığı 6 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli Fərmanı ilə Behbudov Səfiyar Abuzər oğluna torpaqlarımızın ərazi bütövlüyü uğrunda göstərdiyi şücayət və qəhrəmanlıqlarına görə “Azərbaycanın Milli Qəhrəman”ı fəxri adı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesinin istehsalı olan, 120 mm minaatanına, Səfiyar minaatanı adı verilmişdir. Onun adına "Simurq Ömrü"adlı kitab nəşr olunmuş və eyni əsaslı sədli film, "Qəhrəmanlıq Zirvəsi,”Şəhadəti Seçən Qəhrəman” və s…bir çox sənədli filmlər çəkilmişdir. 1999-cu ildə qəhrəmanımızın adına olan "Qızıl Medalı"ı Ulu Öndər Heydər Əliyev tərəfindən, qəhrəmanın anası Behbudova Gülayə Bəndalı qızına təqdim edilmişdir. Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən küçəyə Səfiyar Behbudov küçəsi, 95 adı verilmişdir.

Müşfiq MİRZƏ

XQ

Sosial həyat