Bir kişi Londonun şimalında, yəhudi icmasının yaşadığı rayonda bıçaqla iki nəfəri yaralayıb.
XQ xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Məlumata görə, hadisə Qolders-Qrin rayonunda baş verib.
Hücum edən şəxs polislər tərəfindən saxlanılıb.
Nəşrin məlumatına görə, insanlara sinaqoqun qarşısında hücum olunub.

