“Kosmosun rəngləri”

post-img

Xətai Sənət Mərkəzində Ümumi Təsviri Sənət Ənənələri Qrupunun təşkilatçılığı, “Rəngarəng zəkalar” Tədris Mərkəzi və “IWS Sumqayıt Sulu Boya Cəmiyyəti”nin dəstəyi ilə uşaq və yeniyetmələrin “Kosmosun rəngləri” rəsm sərgisi keçirildi.

Əvvəlcə “Lider rəqs qrupunun” balaca üzvləri rəngarəng musiqi nömrələrinin sədaları altında rəqs etdilər. İfaçı Aylin Tahir “Azərbaycan əsgəri” mahnısı ilə mərasimi şənləndirdi.

Sonra rəssamlar Gündüz Həbibov, Vüsalə Yunusova və sənətşünas Şəhanə Mansırova sərgidə iştirak edən balaca rəssamların əl işlərinə baxış keçirərək öz fikirlərini bildirdilər.

“Rəngarəng zəkalar” Tədris Mərkəzinin rəhbəri Sona Qurbanova, Xətai Sənət Mərkəzinin təsviri sənət müəllimi Gündüz Həbibova uşaqların rəsmlərində hər birinin öz fərdi düşüncəsi, özəl rəng dünyası olduğunu vurğuladılar. Onların gələcəkdə daha fəal olmalarını və daha çox çalışmalarını arzuladılar.

Fikrət Əmirov adına 6 saylı 11 illik İncəsənət Məktəbi, “Qərb Tədris Mərkəzi”, S.Ələsgərov adına 1 saylı İncəsənət Məktəbi, Xəzər Universitetinin “Dünya” Məktəbi, “Təməl Tədris Mərkəzi”, “İnci Mədəniyyət evi” və digər tədris müəssisələrinin müəllim və şagirdlərinə təşəkkürnamə, sertifikat və kiçik hədiyyələr təqdim olundu.

Fidan SALMANOVA
XQ











Mədəniyyət