Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclas keçiriləcək

post-img

Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsasən, Milli Məclisin deputatları parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Məlumatı XQ-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi verib.

Milli Məclisin sədri Sahibə Qafarova müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, sentyabrın 9-da növbədənkənar sessiya çərçivəsində "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusunda Milli Məclisin xüsusi iclası keçiriləcək.

 

Siyasət