Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 2025-ci il - "Konstitusiya və Suverenlik İli" çərçivəsində Vətən müharibəsi şəhidlərinin və veteranlarının övladlarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
“Gələcəyin yaşıl izi” adlı tədbir çərçivəsində bu məqsədlə ayrılmış ərazidə 100-ə yaxın ağac əkilib.
Məqsəd Vətən müharibəsi şəhidlərinin və iştirakçılarının övladlarının iştirakı ilə qəhrəmanlarımızın əziz xatirəsini anmaq, gənc nəslin yaddaşında tarixi Zəfərimizi əbədiləşdirmək, gəncləri təbiətin mühafizəsinə təşviq etməkdir.