Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi probasiya nəzarəti tətbiq edilən şəxslərin sosial mühitə adaptasiyası məqsədilə daha 43 uşağın sosial-psixoloji qiymətləndirilməsini aparıb.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi verib.
Ədliyyə Nazirliyinin Probasiya Xidməti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən qiymətləndirmə zamanı həmin şəxslərə sosial-hüquqi və sosial-məsləhət yardımı xidməti də göstərilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, növbəti mərhələdə bu yeniyetmələrin sosial-psixoloji yardım xidmətlərinə cəlb olunması nəzərdə tutulub.
Göstərilən xidmətlər çərçivəsində şəxslərin sosial reabilitasiyası, cəmiyyətə inteqrasiyası və sosial bacarıqlarının formalaşdırılmasına müvafiq dəstək göstərilir.