Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb.
Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti verib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.