Macarıstan veto hüququnu ləğv etdikdən sonra Brüssel Ukraynaya ilk ödənişin “mümkün qədər tez” ediləcəyini bildirib.
Məlumatı “Euronews” verib.
Macarıstan aylarla davam edən veto hüququnu ləğv etdikdən sonra Avropa İttifaqı Ukraynaya 90 milyard avroluq kredit ayıracağını son dəfə təsdiq verib. “Yazılı prosedur” çərşənbə günü başlayıb və 24 saat ərzində Aİ ölkələrindən heç bir etiraz alınmadığı üçün təşkilatın büdcə qaydalarında müvafiq dəyişikliklər edilib.
Brüssel bildirib ki, ilk ödəniş Kiyevə “mümkün qədər tez” göndəriləcək, çünki Aİ-nin sərəncamında müəyyən ehtiyat fondları var.
Bu irəliləyiş Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya neftini Macarıstan və Slovakiyaya daşıyan “Drujba” boru kəmərinin təmir olunduğunu elan etməsindən sonra baş verib.
P.ƏMİRCANOV
XQ

