Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsi bu ilin yanvar-mart aylarında 195,5 milyon dollar təşkil edib.
XQ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 19,9% azdır.
Hesabat dövründə ölkədən Rumıniyaya ixrac 182 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 13,5 milyon dollar olub.

