Çili millisi Çövkən dünya çempionatında ardıcıl qələbəsini qazanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakı şəhərində keçirilən Çövkən üzrə 2-ci dünya çempionatının növbəti oyununda Çili və Küveyt milli komandaları üz-üzə gəlib.

Bu barədə XQ-yə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada Çili millisi üstün oyun nümayiş etdirərək qələbə qazanıb.

Görüş ərzində rəqib qapısından iki cavabsız top keçirən Cənubi Amerika təmsilçisi Küveyt yığmasını 2:0 hesabı ilə məğlub edib.

Beləliklə, Çili millisi turnirdə növbəti qələbəsini rəsmiləşdirərək hesabına üç xal yazdırıb.

İdman