919 Çağrı Mərkəzinə 5 mindən çox müraciət daxil olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026-cı ilin may ayında Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzi tərəfindən ümumilikdə 5124 telefon müraciəti cavablandırılıb.

XQ xəbər verir ki, daxil olan zənglərin əksəriyyəti müvəqqəti yaşama icazəsi ilə bağlı olub və bu istiqamətdə 1409 müraciət qeydə alınıb. Bununla yanaşı, 98 zəng müvəqqəti olma müddətinin uzadılması, 325 zəng vətəndaşlıq məsələləri, 557 zəng olduğu yer üzrə qeydiyyat, 447 zəng daimi yaşama icazəsi, 646 zəng iş icazəsi, 200 zəng inzibati xətalarla əlaqədar olub. Digər mövzular üzrə daxil olan müraciətlərin sayı isə 1442 təşkil edib.

Xatırladaq ki, 919 Çağrı Mərkəzi Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Mərkəz həftənin bütün günləri, günün 24 saatı fasiləsiz fəaliyyət göstərərək vətəndaşların və əcnəbilərin müraciətlərini qəbul edir.
 
 

Sosial həyat