Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 26-da ümumi çəkisi 8,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,3 kiloqramdan artıq heroin, 2,3 kiloqramdan çox marixuana, 5,2 kiloqrama yaxın tiryək və metamfetamin, həmçinin 692 ədəd psixotrop tərkibli həb və 4000 ədəd çətənə kolundan ibarət olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Tariyel Həsənov və bir yeniyetmə saxlanılıb. İdarələrində olan avtombilə baxış zamanı 6 kiloqram marixuana və 2 kiloqram heroin aşkarlanıb. Onların narkotiki satış məqsədi ilə İran sakinindən əldə etdikləri müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, T.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
P.ƏMİRCANOV
XQ