Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İyunun 16-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbara, 21 tüfəng, 6 patron darağı və 374 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Növbəti profilaktik tədbirlər nəticəsində Bakı şəhər sakini olan dörd nəfər 4 ədəd tüfəngi könüllü olaraq polisə təhvil verib.
Həmçinin polis əməkdaşları tərəfindən 1 avtomat silahı, 1 patron darağı və 10 ədəd patron tapılaraq götürülüb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ