Pasport yaşı ayrı, bioloji yaş başqa...

post-img

Sənədlərdə 30 yaşınız yazılıb, amma səhərlər yuxudan durandan sonra özünüzü 50 yaşlı biri kimi halsız və yorğun hiss edirsiniz? Bu, sadəcə, yorğunluq deyil, bədənin sizə verdiyi ciddi bir siqnal ola bilər. Endokrinoloqlar bununla bağlı fikir bildiriblər. Pasport yaşı ilə bioloji yaş arasındakı fərqi izah edərək, bioloji yaşın əsas göstəricilərinə diqqət çəkiblər.

Öncə onlar bioloji yaş barədə məlumat veriblər. Həkimlərin sözlərinə görə, insanın özünü neçə yaşda hiss etməsi onun bioloji yaşıdır. Bu yaşın formalaşmasına və insanın gənc qalmasına təsir edən əsas amillər hormonlardır.

Onlar bildiriblər ki, gənc qalmağın açarı olan 3 əsas hormon bunlardır:

1. Dehidroepiandrosteron sulfat.

2. Estrogenlər.

3. Böyümə hormonu.

Bu hormonlar təkcə fiziki görünüşümüzə deyil, həm də iş qabiliyyətimizə, dərimizin vəziyyətinə, əzələ və sümük sistemimizin sağlamlığına, psixoloji durumumuza və hətta immunitetə ciddi təsir edir.

Bəs bioloji yaşı necə “gənc” saxlamaq olar? Həkimlərin tövsiyələrinə görə, bioloji yaşın pasport yaşını “ötməməsi” üçün gündəlik həyat tərzimizdə bunlara diqqət etməliyik:

– sağlam və balanslı qidalanmaq.

– kifayət qədər su içmək.

– gec yatmamaq.

– stresdən mümkün qədər uzaq durmaq.

Əgər bu qaydalara riayət etməyinizə baxmayaraq uzun müddət davam edən yorğunluq, halsızlıq hiss edirsinizsə, bu zaman endokrinoloqa müraciət etmək vacibdir. Ola bilər ki, orqanizmin hormon balansı pozulub və bədəniniz artıq “bioloji olaraq” yaşlanmağa başlayıb.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat