Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev martın 16-da neftin qiymətlərinin yaxın həftələrdə bir barel üçün 150 dollardan yuxarı qalxa biləcəyini bildirib.
Məlumatı “İzvestiya.ru” verib.
O, X-də paylaşımında bildirib: “Fasilələr təkcə logistikaya deyil, həm də istehsalın özünə təsir etdiyindən, qiymətin növbəti 2-3 həftə ərzində 150 dollara və daha yuxarıya qalxacağı gözlənilir”.
Dmitriyev “The Wall Street Journal” (WSJ) qəzetində dərc olunmuş məqaləyə cavab olaraq deyib ki, ABŞ neft şirkətlərinin rəhbərləri İrandakı münaqişə ilə əlaqəli enerji böhranının daha da pisləşməsi barədə hökumət rəsmilərini xəbərdar edib.
P.ƏMİRCANOV
XQ

