Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan Türkmənistana 26 milyon 308,51 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36,9 faiz və ya 7 milyon 84,39 min dollar artım deməkdir.
XQ xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Hesabat dövrü ərzində Azərbaycan Türkmənistandan 13 milyon 473,4 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 7,4 dəfə və ya 85 milyon 782,22 min dollar azdır.
Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,19 faizini, ümumi idxalının isə 0,2 faizini təşkil edib.

