Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Paytaxtın Qaradağ rayonunda yerləşən mənzillərin birindən oğurluq edilib. Naməlum şəxs mənzilə daxil olaraq noutbuk və 1600 manat dəyəri olan mobil telefonu talayıb.
XQ xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Vəliyev müəyyən edilərək saxlanılıb.
Araşdırmalar davam etdirilir.

