Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə standartların tətbiq edilməsi” mövzusunda təlim keçirilib.
Dövlət Gömrük Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyinin birgə təşkil etdikləri təlimdə ərazi və ixtisaslaşmış gömrük orqanlarının əməkdaşları iştirak ediblər.
Təlim zamanı iştirakçılar “Əməyin mühafizəsi sahəsində qanunvericilik və normativ tələblər”, “Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları” barədə məlumatlandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.




