Naxçıvan Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

post-img

Gömrük-biznes əməkdaşlığı çərçivəsində Naxçıvan Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə mərkəzində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.

Məlumatı XQ-yə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi verib.

Gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər barədə biznes nümayəndələrinin məlumatlandırılması məqsədilə təşkil olunan görüşdə gömrük borcunun ödənilməsi ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, idxal-ixrac əməliyyatlarında operativliyin daha da artırılması məqsədilə yaradılmış anket sorğusu barədə ətraflı məlumat verilib.

Görüşdə, həmçinin biznes subyektlərinin rəy və təklifləri dinlənilib, sualları ətraflı cavablandırılıb.







Sosial həyat