Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

post-img

2025-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.VK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı məsələləri dinlənilib, bütün müraciətlər qeydə alınıb. 

XQ-yə qurumdan verilən məlumata görə, qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi bildirilib.

Müşfiq Mirzə
XQ





Sosial həyat