Dövlət Komitəsinin sədri Şabran rayonunda vətəndaşları qəbul edəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 15-də Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcəkdir.

XQ-yə verilən məlumata görə, qəbul saat 11.00-da Şabran rayon Heydər Əliyev Mərkəzində (ünvan: Şabran şəhəri, Heydər Əliyev prospekti, 60 A) keçiriləcəkdir.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (050) 689 07 26, (023) 336 22 70, [email protected], [email protected]) müraciət etmələri xahiş olunur.

Sosial həyat