“Diqqət, uşaqlar!” aylığı çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici tədbirlər davam etdirilir. Növbəti belə görüş paytaxtdakı “Aktual Tədris Mərkəzi”ndə təşkil olunub.
Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə azyaşlılara yol hərəkəti qaydaları, piyada keçidlərindən düzgün istifadə, nəqliyyat vasitələrinin yaxınlığında ehtiyatlı davranma kimi mövzular əyani və interaktiv formada izah olunub, təhlükəsizlik nişanları, işıqforun tələbləri və yol hərəkətində hər birinin məsuliyyətini aydın göstərən maarifləndirici materiallar təqdim edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, uşaqlar arasında yol hərəkəti qaydalarının öyrədilməsi və onların gündəlik həyat tərzinə çevrilməsi gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi gələcək nəslin yol hərəkəti qaydalarına məsuliyyətli yanaşmasına, onların daha təhlükəsiz mühitdə böyüməsinə xidmət edir.
P.Əmircanov
XQ