Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Xəzər rayon 92 və 262 saylı tam orta məktəblərində, Sumqayıt RM tərəfindən Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsində, Xızı rayon Sitalçay 1 nömrəli və Abşeron rayon Pirəküşkül kənd tam orta məktəblərində, Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbində və Xızı rayonunun sel təhlükəli yaşayış məntəqələrində, Gəncə RM tərəfindən Şəmkir rayon Düyərli kənd 2 nömrəli və Göygöl rayon N.Verdiyev adına Sarısu kənd tam orta məktəblərində, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində, Ağstafa rayon Köçvəlili bələdiyyəsində və 1 saylı Asan Xidmət Mərkəzində, Şimal-qərb RM tərəfindən Ağsu rayon M.Rəhimov adına Musabəyli kənd və H.Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəblərində, Qarabağ RM tərəfindən Ağcabədi şəhər 7 nömrəli və Bərdə rayon Qullar kənd tam orta məktəblərində, Tərtər şəhər 2 nömrəli məktəb-liseyində, Şimal RM tərəfindən Xaçmaz rayon Xudat şəhər 5 nömrəli ümumi orta məktəbində, Aran RM tərəfindən şəhər Tibb kollecində, Yevlax rayon R.Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində, Muğan RM tərəfindən Saatlı rayon Günəşli kənd tam orta məktəbində və Cənub RM tərəfindən Masallı rayon Q.Babayev adına Mahmudavar kənd ümumi orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
P.Əmircanov
XQ