Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 47,3 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Neft-qaz sektorunda məhsul istehsalı 1,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 4,8 faiz artmışdır. Sənaye məhsulunun 60,9 faizi mədənçıxarma sektorunda, 32,7 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
XQ