2025-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala 13048,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,0 faiz çox investisiya yönəldilmişdir. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7,0 faiz artmışdır.
İstifadə olunmuş investisiyanın 6647,6 milyon manatı və ya 51,0 faizi məhsul istehsalı sahələrinə, 4298,5 milyon manatı (32,9 faizi) xidmət sahələrinə, 2102,0 milyon manatı (16,1 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 10057,3 milyon manatını və ya 77,1 faizini daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 10280,2 milyon manatı və ya 78,8 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
XQ