Meyvə-tərəvəz ixracı artır

post-img

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan 144 milyon 390 min ABŞ dolları dəyərində 105 min 291 ton meyvə-tərəvəz ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 35,4 milyon dollar və ya 32,5 faiz, həcmi isə 4,9 min ton 4,9 faiz artıb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycan 108 milyon 999 min dollar dəyərində 100,4 min ton meyvə-tərəvəz ixrac edib. Hesabat dövründə ixrac olunan əsas meyvə-tərəvəz məhsulları 57,7 milyon dollar dəyərində meşə fındığı (4,5 min ton), 30,9 milyon dollar dəyərində xurma (3,6 min ton), 26.5 milyon dollar dəyərində pomidor (22,3 min ton), 17,6 milyon dollar dəyərində alma (22,6 min ton), 2,7 milyon dollar dəyərində nar (3,1 min ton), 189,7 min dollar dəyərində kartof (189,4 ton) olub.

İlin ilk 2 ayında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 3,94 faizə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 29,86 faizə bərabər olub.

XQ

İqtisadiyyat