“Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası”nın təsdiq edilməsi və “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 avqust tarixli 487 nömrəli Fərmanının 2.1.2.7-ci abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Müayinə və texniki xidmətlə bağlı tələblərə riayət olunmasına monitorinqin keçirilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “Müayinənin və texniki xidmətin həyata keçirilməsinə monitorinqin keçirilməsi qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 25 iyun tarixli 214 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 6, maddə 874 (Cild I); 2024, № 3, maddə 305) ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 7 ” “ may ” 2026-cı il
№ 133

