Azərbaycanda kənd təsərrüfatı istehsalı çoxalıb

post-img

Bu ilin ilk iki ayında respublikada kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 1 milyard 140,6 milyon manat təşkil edib. XQ-nin Dövlət Statistika Komitəsindən aldığı məlumata görə, onun 1 milyard 77,9 milyon manatı heyvandarlıq, 62,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşüb.

Hesabat dövrü ərzində kənd təsərrüfatının ümumi məhsulu real ifadədə 1,2 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0,9 faiz, bitkiçilik məhsulları istehsalı 5,3 faiz artıb.

İqtisadiyyat