Səudiyyə Ərəbistanından 9 min azərbaycanlıya qurban əti yardımı

post-img

Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi “Adahi” proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.

Paylanma mərasimi Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri, Krallıqdan gələn nümayəndə heyəti və Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə baş tutub.

Təqdim olunan qurban ətləri Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələrinə, müharibə əlillərinə, həmçinin sosial həssas təbəqədən olan ailələrə paylanacaq. Proqram çərçivəsində ümumilikdə 9 minə yaxın vətəndaşın əhatə olunması planlaşdırılır.

Cavid QAÇAYEV(foto)

XQ



























Sosial həyat