5 metrlik qazax qadın yaylığı

post-img

Qazaxıstanın Türküstan vilayətində 30-dan çox türk xalqının naxışları ilə bəzədilən, qadınların ənənəvi baş geyimi olan saukele hazırlanıb. Bu nadir eksponatın hündürlüyü 5 metrdən çoxdur və 600 kvadratmetr ərazini əhatə edir.

Yeri gəlmişkən, sözügedən saukele beynəlxalq Qlobal Rekordlar Kitabına (Global Book of Records) daxil edilib və xüsusi sertifikatla təltif olunub. Qazaxıstan Rekordlar Kitabının rəsmi nümayəndəsi Kuandyk Kudabergenov dünyada heç kimin belə ölçüdə baş geyimi yaratmadığını qeyd edərək bildirib ki, layihənin Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün qeydiyyat aparılıb.

Layihənin müəllifi Akmaral Daulbayevanın sözlərinə görə, milli baş geyimi xalqın birliyinin və mənəvi varisliyin rəmzidir.

 

Sosial həyat