Maliyyə və mühasibatlıq sahəsində peşəkar mütəxəssis Faiq Abdullayevin "Mühasibat uçotu" praktiki tətbiqi və nəzəri təhlili kitabının təqdimatı olub.
Tədbirdə Auditorlar palatasının üzvü Mehdi Babayev, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc, DOST Agentliyinin idarə heyətinin sədr müavini İlkin Məmmədov, Azərbaycan Auditorlar Palatasının əməkdaşı Qoşqar Əhmədov, Azərbaycan Beynəlxalq Bankının Baş məhsul sahibi Rüstəm Abbasov açılış nitqi ilə çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, kitab praktiki məsələlər və nəzəri biliklərlə zəngindir. Daha sonra kitabın müəllifi və redaksiya heyəti kitabın yazılma üsulunu təqdim ediblər.
XQ


.jpg)
