Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib

post-img

Martın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib. 

Bu haqda XQ-yə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Komitə sədri Əjdər Əliyev bildirib ki, iclasın gündəliyinə ikinci oxunuşda olan  “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsi daxil edilib.

İclasda qanun layihəsinə deputatlar tərəfindən hər hansı təklif olmadığından layihə mövcud redaksiyada Ali Məclisin plenar iclasının ikinci oxunuşda müzakirəsinə təqdim olunub.

Səbuhi HƏSƏNOV
XQ

 

Sosial həyat