Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə avarçəkmə həvəskarları arasında yürüş təşkil edib. Federasiyadan verilən məlumata görə, yürüşdə tanınmış sosial şəbəkə fenomenləri və teleaparıcılar iştirak ediblər. Əvvəlcə iştirakçılara həvəskarlar üçün nəzərdə tutulmuş qayıqların idarə edilməsi ilə bağlı təlim keçirilib. Daha sonra onlar avarçəkmə idmanında özlərini sınayıblar. Yürüş əyləncəli və maraqlı anlarla yadda qalıb.
Daha sonra federasiyanın mətbuat katibi iştirakçıları çay süfrəsi ətrafında 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü, eləcə də Od çərşənbəsi münasibətilə təbrik edib. Tədbirin kütləviliyin təmin olunması, yeniyetmə və gənclərin avarçəkmə idman növünə cəlb edilməsi məqsədi daşıdığı vurğulanıb.
Qabil YUSİFOĞLU
XQ

