Martın 4-də gənclər və idman naziri Fərid Qayıbov Şirvanda Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbul edib.
Şirvan Gənclər Evində keçirilən qəbulda vətəndaşları dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda mart ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.
Qabil YUSİFOĞLU
XQ




