12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür.
Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Ümummilli liderin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri düzülüb.
Eyni zamanda, Ulu Öndər Heydər Əliyevin həyat yoldaşı akademik Zərifə Əliyeva, ictimai-siyasi xadimlər Əziz Əliyev və Tamerlan Əliyevin də xatirəsi ehtiramla yad edilib, abidələri önünə gül dəstələri qoyulub.
XQ

