Müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il ötür.
Anım günü ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və onun tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutunun kollektivi Fəxri xiyabanı ziyarət edib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılaraq məzarı üzərinə gül dəstələri düzülüb.

