Azərbaycanın Çexiyadakı səfirliyinin Konsulluq şöbəsi 10 gün fəaliyyət göstərməyəcək.
XQ xəbər verir ki, bu barədə Azərbaycanın Çexiyadakı səfirliyi “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.
Bildirilib ki, səfirliyin Konsulluq şöbəsi martın 20-dən 30-dək bağlı olacaq.
Qeyd olunub ki, buna səbəb Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Novruz bayramı və Ramazan bayramı ilə əlaqədar həmin tarixlərin qeyri-iş günləri elan olunmasıdır.

