Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb

post-img

Bu gün gənclər və idman naziri Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb. Azərbaycan İdman Akademiyasında təşkil olunan mərasimdə nazir Fərid Qayıbov görüş iştirakçılarını salamlayaraq son dövrdə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Görüşün gündəliyinə uyğun olaraq, əvvəlcə 2-8 mart tarixlərində təşkil edilmiş “İdman həftəsi”nin hesabatı təqdim edilib, 2026-cı ildə “İdman Paytaxtı” Qazax şəhərində keçiriləcək yarışlar haqqında məlumat verilib. Həmçinin Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına hazırlıq prosesi müzakirə edilib. “İdmançılarda performansın artırılması və zədələrin qarşısının alınmasında biomexanik analizin rolu” və “İdmançıların təsnifatlaşdırılması” barədə təqdimatlar dinlənilib, eləcə də “2025-ci il ərzində regionlarda görülən işlərlə bağlı” hesabat təqdim edilib.

Mərasimdə texniki reqlament məsələləri, idmanda təhlükəsiz mühitin təminatı və şəxsiyyətin qorunması (safeguarding), idman federasiyalarının rüblük hesabat qaydaları, Bakı–2026 – “Dünyanın İdman Paytaxtı”nın rəsmi saytının təqdimatı və federasiyaların sosial media hesabatları da müzakirə olunub.

Görüşdə idman ictimaiyyətini digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qabil YUSİFOĞLU
XQ







İdman