Kəklikotu – təbiətin ətri

post-img

Ağız yaraları, diş əti həssaslığı, pis qoxu və ya iltihab... Çoxları bu problemləri təbii yolla aradan qaldırmağa çalışır. Bu zaman tez-tez tövsiyə olunan üsullardan biri kəklikotu suyu ilə qarqaradır.

Güclü antiseptik xüsusiyyətləri ilə tanınan kəklikotudan həm ağız gigiyenası, həm də ümumi sağlamlıq üçün istifadə edir.

Tərkibindəki timol və karvakrol kimi güclü antiseptik komponentlər sayəsində kəklikotu suyu ağızdakı zərərli bakteriyaların çoxalmasının qarşısını alır, ağız qoxusunu aradan qaldırır və diş əti iltihabına sakitləşdirici təsir göstərir. Şişkinlik, qızartı və həssaslıq kimi simptomlarını yüngülləşdirir. Ağız xoralarının daha sürətli sağalmasına kömək edir, yanma hissini və ağrını azaldır. Bundan əlavə, kəklikotu suyu antimikrob və göbələk əleyhinə xüsusiyyətlərə malikdir.

Kəklikotu təravətləndirici təsiri ilə pis qoxunu aradan qaldırır və tüpürcəyi artıraraq ağız quruluğuna kömək edir.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat