Daşkəsəndə cüdo salonu

post-img

Daşkəsəndə yeni cüdo zalı fəaliyyətə başlayıb. Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, bu münasibətlə keçirilən açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Qabil YUSİFOĞLU
XQ

İdman