Bahar Muradova ilə İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian arasında görüş keçirilib

post-img

“Rəqəmsal mühitdə uşaqların müdafiəsi: müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova ilə İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian arasında görüş baş tutub.

XQ xəbər verir ki, görüşdə Bahar Muradova Azərbaycan–İran münasibətlərinin dərin tarixi köklərə söykəndiyini vurğulayaraq, iki ölkənin qonşu və dost dövlətlər kimi regionda baş verən proseslərə əməkdaşlıq ruhunda yanaşdıqlarını bildirib. O, dövlət başçıları və parlamentlər arasında əlaqələrin genişləndiyini qeyd edərək, İranla müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsində Azərbaycanın maraqlı olduğunu diqqətə çatdırıb. Bahar Muradova həmçinin qeyd edib ki, bugünkü beynəlxalq konfrans Heydər Əliyev Fondunun himayəsi ilə keçirilir və bu, tədbirin əhəmiyyətini bir daha göstərir.

Zəhra Pezeşkian konfransda iştirakdan məmnunluğunu ifadə edərək, İran Prezidentinin iki ölkə arasında mövcud müsbət münasibətləri nəzərə alaraq onun tədbirdə iştirakını yüksək qiymətləndirdiyini bildirib. O, İran və Azərbaycan arasında ailə, qadın və uşaq məsələləri üzrə əməkdaşlığın qurulması, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüb.

Görüş gələcək birgə təşəbbüslərlə bağlı məsələlərin müzakirəsi ilə davam edib.









Sosial həyat