Yılmaz və Fidan İran prezidenti ilə vida mərasimində iştirak ediblər

post-img

Tehrandakı konfrans mərkəzində helikopter qəzasında həlak olmuş İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla vida mərasimi keçirilib. Məlumatı “Anadolu” verib. 

Mərasimdə İranın müvəqqəti prezidenti Məhəmməd Muxbir və xarici işlər nazirinin müavini Əli Bakiri iştirak ediblər. Türkiyəni vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan və onları müşayiət edən nümayəndə heyəti təmsil edib.

Yılmaz və Fidan Muxbir, Bakiri və digər rəsmilərə başsağlığı veriblər.

Mərasimdə 10 ölkənin prezident və baş naziri, 20 ölkənin nazirləri iştirak ediblər. Daha 20-yə yaxın ölkə parlament spikeri və ya xüsusi nümayəndələr səviyyəsində təmsil olunur.

 

P.ƏMİRCANOV

XQ

Dünya