Aranda yağmursuz, dağlarda yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xid­mətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında ma­yın 23-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüd­dətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. 

Gecə 12-16°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 761 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonla­rında əksər rayonlarda, əsasən, yağ­mursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir ya­ğıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar ya­ğacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın tempera­turu gecə 10-15°, gündüz 22-27°, dağlarda gecə 3-8°, gündüz 12-17° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya