ABŞ Ukrayna ilə sazişdən 350 milyard dollardan çox qazanc götürəcəyinə ümid edir

post-img

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə faydalı qazıntılara dair sazişin imzalanmasını şərh edərkən bildirib ki, o, bu sazişdən Amerikanın əvvəlki administrasiyasının Kiyevi dəstəkləmək üçün xərclədiyi 350 milyard dollardan çox pul alacağına ümid edir. Məlumatı “İnterfaks.ru” veribş 

“Biz nəzəri olaraq 350 milyard dollardan çox qazanacağımız müqavilə bağladıq” – deyə prezident “News Nation”a bildirib.

O, əlavə etdi ki, sövdələşmə “Baydenin onlara verdiyi” 350 milyard dolların geri qaytarılmasını nəzərdə tutur.

Tramp Vatikanda Ukrayna prezidenti Vladimir Zelenski ilə söhbətinin məzmunu ilə bağlı suala belə cavab verib: “Mən ona dedim ki, biz razılaşa bilsək, çox yaxşı olar və siz onu imzalayarsınız”.

Amerika lideri “ABŞ-ın Ukraynada olması Rusiyanın regionda irəliləməsinə mane ola bilərmi” sualına da müsbət cavab verib.

ABŞ Maliyyə Nazirliyinin daha əvvəl bildirdiyi kimi, Amerika və Ukrayna hakimiyyət orqanları Ukraynanın bərpası üçün investisiya fondunun yaradılması haqqında saziş imzalayıblar. Məqsəd “Ukraynanın iqtisadi bərpasını sürətləndirmək” üçün birgə investisiyaların cəlbi olacaq.

“Bu saziş Rusiyaya aydın siqnaldır ki, Tramp administrasiyası azad, suveren və firavan Ukraynada uzunmüddətli perspektivə əsaslanan sülh prosesinə sadiqdir”, - nazirlik bildirib.

 

P.ƏMİRCANOV

XQ

Dünya