Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

post-img

Böyük Britaniya Rusiya Federasiyasına qarşı tətbiq edilən sanksiyalar çərçivəsində daha 85 fiziki və hüquqi şəxsə qarşı məhdudiyyətlər tətbiq edib.

Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat verilib. Bildirişdə qeyd olunur ki, "Rusiyaya qarşı sanksiya rejiminə daha 85 yeni subyekt əlavə edilib".

Siyahıya, xüsusilə, qondarma "Donetsk Xalq Respublikasının" idman və turizm naziri Maksim Şvets, Xerson vilayətinin uşaq hüquqları üzrə müvəkkili İrina Kravçenko, Novosibirsk vilayətinin uşaq hüquqları üzrə müvəkkili Nadejda Boltenko və digərləri daxil edilib.

Bundan əlavə, sanksiya siyahısında İnternetin İnkişafı İnstitutu (İRİ) və Krımda yerləşən bir neçə təşkilatın adı var. Onların arasında Sevastopol Dövlət Universiteti, Simferopolun 5 nömrəli klinik psixiatriya xəstəxanası və "Rusiya" uşaq sağlamlıq pansionatı yer alır.

Xatırladaq ki, bundan əvvəl - mayın 5-də Böyük Britaniya sanksiya siyahısını daha 18 mövqe genişləndirmişdi. Həmin siyahıya Rusiya, Belarus və Fransadan olan şirkətlər və fiziki şəxslər daxil edilmişdi.

Bundan əvvəl Kaya Kallas bildirmişdi ki, Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri mayın 11-də Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırırlar.

S.ELAY

XQ

Dünya