ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard özünün sosial media hesabında bildirib ki, Rusiya NATO ilə genişmiqyaslı müharibədən yayınmağa çalışır.
Məlumatı “Anadolu” verib.
Qabbard həmçinin Rusiya prezidenti Vladimir Putinin hələ də Ukraynanı tamamilə ələ keçirmək və Avropanın əvvəllər sovet blokunun bir hissəsi olmuş əraziləri geri qaytarmaq istədiyi barədə mediada yayılan məlumatları yalan adlandırıb.
Qabbard bildirib ki, Rusiyanın “bunu etmək imkanı yoxdur”.
O, bu cür iddiaları “müharibəni dəstəkləyənlər və Prezident Trampın hər iki tərəfdən bir milyondan çox insanın həyatına son qoymuş qanlı müharibəni dayandırmaq üçün yorulmaz səylərini sarsıtmaq istəyənlər tərəfindən yayılan yalan və təbliğat” adlandırıb.
P.ƏMİRCANOV
XQ

