Böyük Britaniya və ABŞ liderləri görüşüblər

post-img

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp telefon danışığı zamanı Ukrayna və Qəzza məsələsini müzakirə ediblər. 

Məlumatı “Anadolu” verib. 

Britaniya baş nazirinin ofisindən verilən açıqlamaya görə, söhbət Rusiya-Ukrayna münaqişəsi ətrafındakı vəziyyətin qiymətləndirilməsi ilə başlayıb.

Starmer Ağ Evə Ukraynada istənilən sülh razılaşmasını dəstəkləmək və hərbi əməliyyatlara ədalətli və davamlı son qoyulmasını təmin etmək üçün Könüllülər Koalisiyasının işi barədə məlumat verib.

Söhbət zamanı Qəzza zolağındakı vəziyyətə də toxunulub. Starmer həmçinin Kristian Ternerin Vaşinqtondakı yeni Britaniya səfiri təyin olunması ilə bağlı yenilikləri bölüşüb və bu təyinatın iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcəyini qeyd edib.

P.ƏMİRCANOV
XQ

 

Dünya