Kallas: Avropa İttifaqı bu müharibədə fəal iştirak etmək istəmir

post-img

ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının müdafiəsinə kömək etmək üçün bloka təzyiqi artırmasından bir gün sonra Aİ xarici işlər nazirləri Brüsseldə toplaşıblar, lakin məlum olub ki, “heç kim bu müharibədə fəal iştirak etmək istəmir”.

Məlumatı “Euronews” verib. 

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kallas bildirib ki, su yolunun təhlükəsizliyini təmin etmək və qlobal neft tədarükündə ciddi fasilələrin qarşısını almaq üçün Avropaya artan çağırışlara baxmayaraq, birlik ölkələrinin Hörmüz boğazında qitənin “Aspides” dəniz missiyasının mandatını genişləndirmək “arzusu yoxdur”.

Kallas Brüsseldə xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib: “Onun (Aspides) gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, çünki onun çoxlu dəniz aktivləri yoxdur. Lakin bu mandatı Hörmüz boğazına şamil edib-etməyəcəyimizin müzakirəsinə gəldikdə, üzv dövlətlər arasında buna heç bir arzu yox idi”.

“Heç kim bu müharibədə fəal iştirak etmək istəmir”, - deyə Kallas əlavə edib.

P.ƏMİRCANOV
XQ

Dünya