Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin şagirdi respublika müsabiqəsində diplomant adını qazanıb.
Mil-Muğan Regional Mədəniyyət İdarəsindən XQ-yə bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən Saatlı şəhər Bülbül adına Uşaq Musiqi Məktəbinin III sinif şagirdi Nailə Səmədli Bakı şəhərində keçirilən “Azərbaycan və xarici musiqi nümunələrinin solmizasiyası” adlı I Respublika müsabiqəsində diplomantla təltif olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilən müsabiqə iki mərhələdə – 25-30 oktyabr və 3-7 noyabr tarixlərində baş tutub.
Nailə Səmədli müsabiqədə uğurla çıxış edərək, solfecio fənni üzrə yüksək bilik və musiqi duyumunu nümayiş etdirib. Onun ifası münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilib və o, diplomant adına layiq görülüb. Şagirdin müəllimi Aynur Səmədova da müsabiqədəki peşəkar hazırlığa görə təşəkkürnamə ilə təltif edilib.
Nailəni və onun müəllimini bu uğur münasibətilə təbrik edir, hər ikisinə gələcək musiqi fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq.



